Bu gün:

İnstagram reels yeni funksiyalar təqdim edib


ABŞ Ali Məhkəməsi TikTok-un yanvarın 19-dan etibarən ABŞ-də qadağan edilməsini təsdiqləyib. Qərardan sonra Instagram Reels istifadəçilər üçün yeni funksiyalar təqdim edib.

Meta-nın açıqlamasına görə, yeniliklər dostların və izləyicilərin bəyəndiyi məzmunu daha asan tapmağa imkan verəcək və istifadəçiləri Reels videoları ətrafında müzakirələr aparmağa təşviq edəcək.
Şirkət TikTok-un qadağan edilməsindən sonra bir çox istifadəçini, xüsusilə də məzmun yaradıcılarını öz platformasına cəlb etməyi hədəfləyir. Lakin bəzi TikTok istifadəçiləri artıq Çin tətbiqi RedNote-a keçiblər. Bununla belə, bu platforma ABŞ-də geniş istifadə edilmədiyi üçün yaradıcılar üçün monetizasiya çətin olacaq.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et