
ABŞ Ali Məhkəməsi ölkədə TikTok sosial media platformasını qadağan edən qanunu təsdiqləyib. Qanun yanvarın 19-dan qüvvəyə minəcək.
ABŞ-nin TikTok müharibəsində yeni inkişaf baş verib. ABŞ Ali Məhkəməsi ölkədə TikTok-u qadağan edən qanunu təsdiqləyib. Qanunun ifadə azadlığı hüquqlarını pozmadığını bildirən məhkəmə, ABŞ hökumətinin tətbiqin sahibi olan Çin şirkəti ByteDance ilə bağlı qanuni milli təhlükəsizlik narahatlıqlarını qaldırdığına qərar verib. Qanun yanvarın 19-dan qüvvəyə minəcək.
Ötən il ABŞ Nümayəndələr Palatası 58 əleyhinə 360 səslə Çinin ByteDance şirkətinə məxsus TikTok-un ABŞ-dəkı aktivləri başqa şirkətə satılmadığı təqdirdə ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul səsvermədən sonra deyib: “Bu qanun layihəsi amerikalıları və xüsusən də amerikalı uşaqları Çin təbliğatının TikTok tətbiqinə pis təsirindən qoruyur. "Bu proqram amerikalıların telefonlarında casus köpüyüdür" dedi.
TikTok CEO-su Shou Zi Chew, ABŞ prezidenti Joe Biden tərəfindən təsdiqlənmiş qanunun qarşısını almaq üçün başlatdıqları hüquqi mübarizədə qalib gələcəyini gözlədiklərini ifadə edərək, “Əmin olun, heç yerə getməyəcəyik. “Faktlar və Konstitusiya bizim tərəfimizdədir və biz yenidən qalib gələcəyimizə ümid edirik” dedi.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
