
Kosmosun dərinliklərinə bədii toxunuş qatmaq istəyən isveçli rəssam Mikael Genberq nəhayət ki, 25 illik arzusunu gerçəkləşdirib. Bu gün Aya göndərilmək üçün nəzərdə tutulmuş kiçik bir ev SpaceX-in Falcon 9 raketi ilə Floridadakı NASA-nın Kennedi Kosmik Mərkəzindən havaya qalxdı.
"Moonhouse" adlanan bu miniatür quruluş klassik İsveç evlərindən ilhamlanıb. Uzunluğu 12 sm, eni 8 sm və hündürlüyü 10 sm olan ev Ayın səthinə ağ küncləri olan qırmızı İsveç evinin əlavə edilməsinin poetik ideyasını təmsil edir.
Genberq layihənin mənasını “Bu fikir çılğın və bəlkə də axmaq idi, eyni zamanda mənim beynimdə həqiqətən poetik idi” deyərək ifadə etdi.
Moonhouse Genberqin kosmosa apardığı ilk sənət əsəri deyil. Layihənin daha əvvəlki modeli İsveçin ilk astronavtı Christer Fuglesang tərəfindən Beynəlxalq Kosmik Stansiyaya aparılıb. Lakin bu dəfə ev Yer kürəsini keçəcək və Ayın səthində qalıcı iz buraxacaq...
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Nazrin Humbat
