Bu gün:

İsrail təhlükəsizlik şurası atəşkəs razılaşmasını təsdiqləyib


İsrail təhlükəsizlik şurası Qəzza üçün atəşkəs və qarşılıqlı əsir mübadiləsi razılaşmasını təsdiqləyib.

İsrail Baş Nazirliyinin açıqlamasında siyasi təhlükəsizlik və humanitar cəhətlərdən nəzərdən keçirildikdə razılaşmanın müharibənin məqsədlərini dəstəklədiyini göstərdiyi və buna görə də təhlükəsizlik şurası tərəfindən təsdiq edildiyi qeyd olunub. Razılaşma hökumətin müzakirəsinə təqdim edilib.

Hökumətin Hamas ilə razılıq əldə edilmiş atəşkəs və qarşılıqlı atəşkəsə dair müzakirələr üçün toplanması gözlənilir.

Netanyahu "ABŞ-dən təminat aldıq" açıqlaması verib.

Bundan əlavə olaraq, İsrail Baş naziri Binyamin Netanyahu təhlükəsizlik şurası iclasında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trump və ABŞ Prezidenti Co Baydendən təminat aldığını bildirib.

Yediot Ahronot qəzetinin məlumatına görə, təhlükəsizlik şurasına müraciət edən Netanyahu atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar uğursuz olarsa, Qəzzaya hücumların davam edəcəyinə dair ABŞ-dən təminat aldığını vurğulayıb.

Netanyahu bildirib: "Həm Bayden, həm də Trumpdan razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqların uğursuz olacağı və Hamasın təhlükəsizlik tələblərimizi qəbul etməyəcəyi halda, ABŞ dəstəyi ilə intensiv döyüşlərə qayıdacağımıza dair konkret təminatlar aldıq".


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et