Bu gün:

TikTok istifadəçilərinin RedNote platformasına keçidi çətinləşdi


TikTok istifadəçilərinin Çin mənşəli RedNote (Xiaohongshu) sosial media platformasına keçid cəhdləri uğursuz nəticələnib. Bir çox istifadəçi bu platformada hesablarının bloklanması və ya dayandırılması ilə üzləşib.

TikTok-a alternativ kimi görülən RedNote, funksionallığı ilə ümidverici bir başlanğıc etmişdi. Lakin bu platforma tam olaraq TikTok-un eyni funksiyalarını əks etdirmir. RedNote həmçinin Çin Yelp və Google alternativi kimi fəaliyyət göstərir, istifadəçilərə yerli tövsiyələr və yaxın ətrafdakı əlaqələr təklif edir.

Tətbiqə keçənlər arasında məşhur TikTok istifadəçisi və Bravo ulduzu Bethenny Frankel də var. Lakin onun və digər istifadəçilərin ilk paylaşımlarından sonra platformadan cəzalandırıldığı və ya çıxarıldığı məlum olub.

Məlumata görə, istifadəçilərin hesablarının bloklanması bir neçə fərqli səbəbdən qaynaqlanır. Hazırda RedNote platformasına keçən istifadəçilər bu problemlərin həll yollarını axtarır.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et