Cənubi Koreyada 3 dekabr 2024-cü ildə fövqəladə vəziyyət elan etdiyi üçün prezidentlik vəzifəsindən uzaqlaşdırılan və haqqında araşdırma aparılan Yoon Suk Yeol bu gün ifadəsi alındıqdan sonra saxlanma mərkəzinə aparılıb.
Yonhap xəbər agentliyinin məlumatına görə, Yoon tutulduqdan sonra ifadəsinin alınması üçün Korrupsiya Araşdırma Ofisinə (CIO) aparılıb.
Fövqəladə vəziyyət təklifi ilə bağlı sorğu-sual prosesi başa çatdıqdan sonra Yoon saxlanma mərkəzinə aparılıb.
Yoon-un vəkilləri bu qərarın qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət ediblər.
Cənubi Koreyada fövqəladə vəziyyət elan edilməsi
Prezident Yoon 3 dekabr 2024-cü il gecəsi televiziyada etdiyi çıxışda "müxalifətin dövlət əleyhinə fəaliyyətlərdə iştirak etdiyini" əsas gətirərək fövqəladə vəziyyət elan edib. Lakin parlamentin səsverməsi nəticəsində bu qərar ləğv edilib və Nazirlər Kabinetinin təsdiqi ilə geri addım atılıb.
Milli Məclis 14 dekabr 2024-cü il tarixində keçirilən səsvermədə Yoon-un vəzifədən uzaqlaşdırılmasını tələb edib. Konstitusiya Məhkəməsinin onun haqqında qərarına qədər Yoon müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb, bu gün səhər isə saxlanılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
