Bu gün:

COP29 könüllülərinə 1500 manat pul mükafatı ayrıldı


Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb. 


“24media.az” “Unikal”a istinadən xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır.


Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.

Könüllülər şəxsiyyət vəsiqələri ilə müvafiq bank filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.

Hazırladı: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et