Bu gün:

"Free Our Feeds" kampaniyası yaradıldı


"Free Our Feeds" adlı yeni təşəbbüs, sosial medianın milyarderlərin və güclü şəxslərin təsirindən qorunmasını hədəfləyir. Bu kampaniya, Bluesky-ın əsasını təşkil edən AT Protokolunu qorumaqla yanaşı, onun üzərində açıq bir sosial media ekosistemi yaratmağı planlaşdırır. Yaradılacaq bu ekosistem, nə Bluesky, nə də hər hansı bir şirkət və ya fərd tərəfindən idarə olunmayacaq, beləliklə, tam müstəqillik və şəffaflıq təmin ediləcək. 

Təşəbbüsün əsas məqsədi, AT Protokolu üzərində işləyən yeni əlaqəli sosial şəbəkələrin yaradılmasını dəstəkləmək və bu platformalar üçün müstəqil infrastrukturu qurmaq məqsədilə ictimai maraqlı bir fond yaratmaqdır. "Free Our Feeds" kampaniyasına bir çox tanınmış şəxs, o cümlədən aktyor Mark Ruffalo, rejissor Alex Winter, yazar Cory Doctorow, Wikipedia-nın qurucusu Jimmy Wales və Mozilla Foundation-un prezidenti Mark Surman dəstək verib. Bu təşəbbüs, sosial medianın daha açıq və demokratik bir ekosistemə çevrilməsini hədəfləyir.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et