Bu gün:

Keçmiş UFC çempionu təyyarədən enib


 Həbib Nurməhəmmədov “Frontier Airlines” aviaşirkətinin təyyarəsindən oturacaqların dəyişdirilməsini xahiş edən stüardessa ilə münaqişədən sonra endirilib. 


Nəşrlər rusiyalının ekipaj üzvü ilə mübahisə etdiyini və daha sonra təyyarəni tərk etdiyini göstərən videoyazıya istinad edir. Videonun müəlliflərinin sözlərinə görə, Nurməhəmmədov qəza çıxışında oturub. Uçuş bələdçisi protokola əməl edərək ingiliscə danışıb bilməyəcəyini və fövqəladə vəziyyətdə kömək edə biləcəyini soruşub. İdmançı sualın mahiyyətini başa düşməyib və bu, "kiçik mübahisəyə" səbəb olub. Stüardessa Nurməhəmmədova oturacaqları dəyişməyi təklif edib ki, bu da onun narazılığına səbəb olub. "Biz sizdən oturacaqları dəyişməyinizi xahiş edəcəyik, çünki mənim stüardessalarım təcili çıxış cərgəsində oturmağınıza icazə verməyəcəklər, ya da bu təyyarəni tərk etməli olacaqsınız" deyib stüardessa. Nəticədə Nurməhəmmədov uçuşdan uzaqlaşdırılıb. 


Daha sonra Nurməhəmmədov X sosial şəbəkəsindəki səhifəsində vəziyyəti şərh edərək bildirib ki, stüardessa əvvəldən özünü kobud aparıb. İdmançı ingilis dilini yaxşı bildiyini və kömək etməyə razılaşdığını, lakin stüardessa onu sərnişin oturacağından çıxarmaqda israrlı olduğunu qeyd edib. İki dəqiqəlik söhbətdən sonra o, mühafizəyə zəng edib və Nurməhəmmədov təyyarəni tərk etmək məcburiyyətində qalıb. “Videoda gördüyünüz kimi sakit və hörmətli qalmaq üçün əlimdən gələni etdim. Lakin ekipaj növbəti dəfə daha yaxşı iş görə bilər və müştərilərlə nəzakətli ola bilərdi”, o əlavə edib.


"Biz bu insidentdən xəbərdarıq və araşdırma aparırıq", - Nurməhəmmədovun paylaşımının altındakı şərhdə Frontier Airlinesin mətbuat xidmətinin nümayəndəsi yazıb.


Mənbə: www.forbes.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et