19 yaşlı milli futbolçu Kenan Yıldız böyük oyunlarda parlayır. Bu mövsüm Milan və İnterə qol vuran Yıldız, Torino derbisində də fərqlənib. O, 8-ci dəqiqədə Yuventusu önə keçirən qolu vurub. Torino isə Nikola Vlašikin 45-ci dəqiqədəki qolu ilə bərabərlik əldə edib və oyun 1-1 hesabı ilə başa çatıb. Yıldız, Serie A-dakı 4-cü qolunu qeyd edib.
İtalyan mətbuatı Yıldızın performansını yüksək qiymətləndirib. Tuttomercato, onun qolunu Alessandro Del Pieroya bənzədərək, "Yuventus, Torino qarşısında xal itirsə də, türk futbolçu 'Del Piero bənzəri' bir qolla əlindən gələni etdi. Sağ, sol və top qapının dibində. Bunu ən son Kristiano Ronaldo edirdi" - ifadələrini işlədib.
Tuttosport isə, "8-ci dəqiqədə vurduğu qolla ilk oyunda qaldığı yerdən davam etdi. Bu dəfə repertuarından bir klassik təqdim etdi: top sürmə və zərbə. Qapıçı Milinkovik-Savik yerə, dirəyin dibinə gedən zərbəni tutmağa çalışdı, amma bacarmadı. İkinci yarıda da qola yaxınlaşdı. Cərimə meydançası xaricindən bu dəfə sağ ayağı ilə havadan zərbə üstündən keçdi, " - deyə yazıb.
Yıldız, Kristiano Ronaldodan sonra eyni mövsümdə Torinoya qarşı iki oyunda da qol vuran ilk Yuventuslu futbolçu olub.
Mənbə: NTV
Tərcümə etdi: Zeynəb Həsənova
