Avropa Copernicus İqlim Xidmətinin verdiyi məlumatlara görə, 2024-cü il həm 1.5°C qlobal istiləşmə həddini keçən ilk təqvim ili, həm də indiyə qədər qeydə alınmış ən isti il kimi tarixə düşüb.

Mütəxəssislərin fikrincə, ötən ilin temperatur artımı əsasən insan fəaliyyətindən qaynaqlanan və rekord səviyyələrə çatan karbon qazı kimi istixana qazlarının atmosferə buraxılması ilə əlaqədardır.
Xatırladaq ki, dünya liderləri on il əvvəl bu həddi aşmamaq üçün öhdəlik götürmüşdülər. Buna baxmayaraq, son məlumatlar göstərir ki, planet 1.5°C həddini aşmağa doğru irəliləməkdə davam edir.
Mənbə: BBCnews
Tərcümə etdi: Zeynəb Yunuszadə
