ABŞ-da Alzheimer və demans xəstələri üçün robot it hazırlanıb. İtlərin insanın ən yaxşı dostu olduğu deyilir, lakin Alzheimer və digər demans növləri ilə yaşayan bir çox insanlar üçün ev heyvanına qayğı göstərməyin gətirdiyi çətinliklər problem yarada bilər.

ABŞ-da bu ehtiyacı ödəmək üçün robot it Jeanie hazırlanıb. Bu robot ev heyvanına baxa bilməyən, amma onların sevgisinə ehtiyac duyan insanlar üçün nəzərdə tutulub. Jeanie heç bir baxıma ehtiyac duymur, lakin gerçək it qədər sevimlidir.
Labrador cinsindən ilham alınaraq hazırlanan Jeanie, xüsusilə demans və Alzheimer xəstələri üçün dizayn edilib.
Robot itin dizayneri Tom Stevens 2011-ci ildə anasının Alzheimer diaqnozu alması ilə bu ideyanın ortaya çıxdığını bildirir. Jeanie adlı robot it toxunuşlara və səs əmrlərinə reaksiya verə bilir və hətta quyruğunu tərpədir.
Bu ilin sonuna qədər 2,500 dollara satışa çıxarılması planlaşdırılır. Digər bir seçim olaraq, robotun qocalar evlərinə icarəyə verilməsi də nəzərdən keçirilir.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
