2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən meşə yanğınları 16 nəfərin ölümünə, 15 min hektar ərazinin yanmasına və 12 mindən çox tikiliyə ziyan vurub. Bu cür genişmiqyaslı yanğınlar təkcə fiziki təhlükə deyil, həm də stress, narahatlıq və depressiya kimi psixi problemlərə də səbəb ola bilər.

Tüstü və hava çirkliliyi narahatlıq pozuntularını artırır. Xüsusilə uşaqların və həssas qrupların psixi sağlamlığına diqqət yetirilməli, onlarla açıq ünsiyyət qurulmalı və peşəkar yardım axtarılmalıdır. Fiziki sağlamlığı qorumaq üçün qapalı məkanda qalmaq, pəncərələri örtmək və hava filtrlərindən istifadə tövsiyə olunur.
Dr. Coti Mişranın araşdırmalarına görə, meşə yanğınlarından təsirlənən insanlarda depressiya, narahatlıq və post-travmatik stress kimi problemlər yaranır. 2018-ci ildə Şimali Kaliforniyada baş verən yanğında evini itirənlərdə bu hallar daha çox müşahidə olunub.
Emori Universitetindən Dr. Yanq Lyu tüstünün psixi sağlamlığa mənfi təsir etdiyini, LA bölgəsində çirklənmənin standartdan 10-20 dəfə yüksək olduğunu vurğulayıb.
Uşaqların da bu vəziyyətdən təsirləndiyini bildirən psixiatr Dr. Sabrina Renteriya valideynlərin onlarla açıq danışmasını və hisslərini bölüşməsini tövsiyə edir.
Psixi sağlamlığı qorumaq üçün qapalı məkanda qalmaq, pəncərələri örtmək, hava filtrlərindən istifadə etmək, professional dəstək almaq və kollektiv dəstəyə önəm vermək tövsiyə olunur.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
