
Cənubi Koreyaya eniş zamanı nəzarətdən çıxan və 179 nəfərin ölümünə səbəb olan Jeju Air sərnişin təyyarəsinin qara qutularında uçuşun son 4 dəqiqəsinin məlumatlarına daxil olmağın mümkün olmadığı bildirilib.
Yonhap-ın məlumatına görə, qəza ilə bağlı aparılan araşdırma çərçivəsində ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) təyyarənin marşrutu, sürəti və hündürlüyü kimi uçuş məlumatlarını qeyd edən Uçuş Məlumatlarının Qeydiyyatçısı (FDR) və sokpit səsi istifadə edib. Kokpit səs qeydlərini ehtiva edən səs yazıcısı araşdırıldı.
Səlahiyyətlilər, araşdırmalar nəticəsində FDR və CVR cihazlarının məlumatlarının təyyarənin divara dəymədən təxminən 4 dəqiqə əvvəl dayandığını bildirdi.
Səlahiyyətlilər, FDR və CVR məlumatlarının qəzanın səbəbini açıqlamaq üçün tək dəlil olaraq istifadə edilə bilməyəcəyini vurğuladı və qəza anının video görüntüləri kimi mənbələrdən də məlumat topladıqlarını bildirdi.
QƏZA
Banqkok-Muan marşrutu üzrə hərəkət edən Boeing 737-800 model tək keçidli "Jeju Air 7C2216" təyyarəsi Cənubi Koreyanın Muan şəhərində uçuş-enmə zolağına endikdən sonra eniş şassisi açılmadıqda idarəetmədən çıxaraq divara çırpılıb.
Təyyarədə olan 179 nəfər, o cümlədən 6 ekipaj və 175 sərnişin həlak olub.
Milli Yanğın Xidmətinin məlumatına görə, qəzadan yalnız bir ekipaj üzvü, 30 yaşlarında qadın və 20 yaşlarında bir kişi sağ qalıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
