Bu gün:

Dronlar yanğın söndürmə işini çətinləşdirir


Cənubi Kaliforniyada artıq bir neçə gündür davam edən yanğın küləklə daha da şiddətlənir. Əraziyə cəlb olunan yanğınsöndürən vertolyot və təyyarələr öz işlərini rahat şəkildə yerinə yetirə bilmir. Bunun səbəbi isə ərazi səmalarında uçan dronların onlara maneə yaratmasıdır. Yanğınsöndürmə işçiləri və rəsmilər əhalidən bu ərazidə dron uçurmamağı xahiş edir.

Los-Anceles dairəsinin yanğınsöndürmə xidmətinin rəisi Entoni Maroney deyib: “Hər kəs bilməlidir ki, yanğının baş verdiyi ərazidə dronla uçmaq nəinki təhlükəlidir, həm də qanunsuzdur”.

FAA qaydaları dronların hava limanından 5 mil məsafədə, 400 fut hündürlükdən yuxarıda və ya pilotlu təyyarələrə müdaxilə edəcək şəkildə uçmasını qadağan edir. Həmçinin bu qaydalar dronları operatorun köməyi olmadan görmə zonasından kənarda idarə etməyi də qadağan edir.

Qaydalardan azad olmaq üçün "media"ya istinad etmək istəyirsinizsə, FAA qeyd edir ki, hətta media işçilərinə "birbaşa dəstək verən" xüsusi icazə olmadığı halda, meşə yanğınları yaxınlığında dron uçurmaq qadağandır. Bu məhdudiyyət relyef, cavab tədbirləri və ya bərpa fəaliyyəti zamanı da qüvvədədir.

ABC Owned TV Stansiyalarının icraçı prodüseri və lisenziyalı pilotsuz təyyarə pilotu Tim Sarquis bildirib: "Bu pilotsuz uçuşlar təkcə yanğınsöndürənlərimiz üçün təhlükəli deyil. Bu, həmçinin qanuni olaraq uçmağı daha da çətinləşdirir. Pilotsuz təyyarə pilotları qaydaları pozduqda, bu, hər kəsə zərər verir. Nəticədə bəzi ərazilərdə dronlar tam qadağan edilməsə də, daha çox məhdudiyyətlə üzləşirik."

Mənbə: ABC news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et