
ABŞ rəsmiləri Kaliforniyanın Los-Anceles şəhərində baş verən şiddətli meşə yanğınları nəticəsində ən azı 10 nəfərin öldüyünü və minlərlə binanın, o cümlədən Hollivudun məşhur binalarının yandırıldığını açıqlayıb. Zərər və iqtisadi itkilərin 150 milyard dollara çatacağı gözlənilir. Yanğının yandırma və ildırım vurması da daxil olmaqla bir çox mümkün səbəbləri olduğu bildirilib. Yanğın yerindən paylaşılan fotoda məhəllə sakinlərindən birinin vedrəyə su dolduraraq alovu söndürdüyü görünür. Bu görüntü ABŞ-dakı çarəsizliyi göstərir. Kaliforniyada sürətlə hərəkət edən alov evləri və biznesləri bürüməkdə davam etdiyi üçün sakinlər tüstü ilə dolu kanyonlardan və məhəllələrdən qaçmağa davam edir.
Çərşənbə axşamı başlayan şiddətli yanğınların bir çoxu bəzi yerlərdə sürəti 70 mil/saatı (112 km/saat) keçən güclü Santa Ana küləkləri ilə qızışdırılıb.
Dünən küləklər səngiyib, lakin Milli Meteoroloji Xidmət hətta azaldılmış küləklərin belə yanğını sürətlə yaya biləcəyi və küləyin yenidən güclənəcəyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər, ölkənin ikinci ən böyük məktəb bölgəsi olan Los Angeles Birləşmiş Məktəb Bölgəsindəki bütün məktəblərin şəhərin üzərinə yağan güclü tüstü və arabir kül səbəbiylə bağlanılacağını və şərait yaxşılaşana qədər dərslərin davam etməyəcəyini söylədi.
Ən azı 20 nəfər qarətə görə həbs edilib, Santa Monika şəhərində qanunsuzluq səbəbindən komendant saatı elan edilib.
Milli Qvardiya qoşunları dünən axşam Los-Ancelesə gəlib. İlçe şerifi, əmlakı qorumaq üçün yanğından zərər çəkmiş ərazilərin yaxınlığında yerləşdiriləcəyini və səhər saat 6-dan səhər saat 6-ya qədər komendant saatının tətbiq olunacağını söylədi. Associated Press, Cənubi Kaliforniyada yanan çoxsaylı meşə yanğınları haqqında aşağıdakıları bildirdi:
Yanğın xəritəsi: Los-Ancelesin qərbindəki Palisades atəşi, Pasadenadan şimaldakı İton yanğını və Hollivud təpələrində Sunset Fire daxil olmaqla bir çox böyük yanğınlar yanır.
Evakuasiya zonaları: Təxminən 130.000 insan təxliyə əmri altındadır. Los-Ancelesin Pacific Palisades məhəlləsini əhatə edən meşə yanğınları Mark Hamill, Mendy Moore və James Woods da daxil olmaqla çox sayda Hollivud ulduzunu evlərini təxliyə etməyə sövq etdi.
Elektrik kəsilməsi: Poweroutage.us izləmə saytına görə, çərşənbə axşamına olan məlumata görə, 450,000-dən çox insan işıqsız qalıb.
İndiyədək 10 nəfər ölüb, lakin ekipajların dağıntıları axtarmağa başlaması ilə ölənlərin sayının artacağı gözlənilir. Ümummilli miqyasda kəsintiləri izləyən PowerOutage.us-a görə, 285,000-dən çox müştəri Cənubi Kaliforniyada, təxminən yarısı Los Angeles County-də elektriksiz qaldı.
Səlahiyyətlilər bölgədə kanalizasiya, su və elektrik infrastrukturuna ciddi ziyan dəydiyini bildirib.
Mənbə:NTV
Tərcümə etdi :Səma İsmayılova
