Bu gün:

Los-Ancelesdə yanğının səbəb olduğu daxili çaxnaşma


Mer yanğın zamanı Qana səfərində olub.


Los-Anceles meri Karen Bass, yanğınlar tüğyan edərkən Qərbi Afrika ölkəsi Qanaya rəsmi səfərdən dərhal geri dönə bilmədiyi üçün tənqidlərlə üzləşib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən "Xüsusi missiyaların nümayəndəsi" olaraq namizədliyi irəli sürülən Riçard Qrenel, X sosial media hesabında "şəhər dağılarkən" Bassı Afrikada olduğu üçün tənqid edib.


Amerikalı iş adamı Elon Musk da X-dəki yazısında Bassı “səriştəsiz” olmaqda ittiham edib.


Yanğınlar zamanı Qana səfərində olan Bass dünən səfərdən qayıdarkən hava limanında jurnalistlərin sualları ilə üzləşib.


Los-Ancelesdə yanğınlar tüğyan edərkən Qana səfərindən geri dönmədiyi üçün tənqid edilən Bass, "Üzr istəməyi planlaşdırırsınızmı?" sualını cavabsız qoyub.

Yanğınsöndürmə idarəsinin büdcəsi azaldılıb.

ABŞ mətbuatı Los-Anceles meri Karen Bassın 2024-cü ilin iyul ayında yanğınsöndürmə idarəsinin büdcəsində böyük bir azalma etdiyini və mümkün yanğınları qabaqcadan görmədiyi üçün müxalifət tərəfindən ciddi şəkildə tənqid edildiyini bildirib.


Xəbərdə deyilir ki, Bass meşə yanğınlarından aylar əvvəl şəhərin yanğınsöndürmə idarəsinin büdcəsindən 17,6 milyon dollar kəsən qanun layihəsini imzalayıb.


Los-Anceles şəhərinin nəzarətçisi Kennit Mejia-nın X hesabındakı yazısı da 2024-2025-ci maliyyə ili büdcəsində yanğınsöndürmə resurslarında ixtisarların edildiyini göstərib.


Bələdiyyə başçısı Bass yanğınla mübarizəni azaltdığına və zoopark, kitabxana və “marixuana tənzimlənməsi” kimi layihələrə daha çox vəsait ayırdığı üçün tənqid atəşinə tutulub.


Hollivud məşhurları idarəetməyə sərt reaksiya bildiriblər.

Şəhərin dəbdəbəli Pacific Palisades rayonunda davam edən yanğınlarda evlərinə ziyan dəymiş bir neçə Hollivud məşhuru Los-Ancelesin Demokratik meri Karen Bassı tənqid atəşinə tutub.


Aktrisa Sarah Mişel Gellar, on minlərlə insanın qaçmağa çalışdığı yanğınlarla bağlı sosial media hesabından açıqlama verib, "Los Anceleslilər, siz hamının şəhəri boşaltmasını istəyirsiniz, amma yollar tamamilə bağlanıb və kömək edən bir dənə də olsun yol polisi yoxdur”. Yanğında evi dağılan aktyor Ceyms Vud da sosial mediada demokratları hədəfə alaraq, "Bu yanğın "iqlim dəyişikliyi" ilə bağlı deyil, ey cahil axmaq. Sənin (Kaliforniya qubernatoru) Gavin kimi liberal axmaqların üzündəndir. Newsom və (Los Angeles Bələdiyyə Başçısı) "Onun Karen Bass kimi liberal axmaqları seçməsi. Biri yanğının idarə edilməsi haqqında heç nə bilmir, digəri su çənini belə doldura bilmir." Məşhur aktrisa Sara Foster də Los-Ancelesdə həddindən artıq yüksək vergi ödədiklərini, lakin ştatın belə böyük meşə yanğınlarının öhdəsindən gəlmək iqtidarında olmadığını və tamamilə hazırlıqsız olduğunu bildirib.

Foster sosial şəbəkədə yazıb: "Bizim hidrantlarımız boş idi. Bitki örtüyü basmışdı və kol təmizlənməmişdi. Qəbilə başçıları balıqları qorumaq istədikləri üçün qubernatorumuz su anbarlarımızı qurutdu. Bizim yanğınsöndürmə idarəsinin büdcəsini merimiz kəsdi".

Üçüncü dünya ölkəsi kimi

Əvvəllər Los-Anceles merliyinə namizəd olmuş milyarder Rik Karuso bildirib ki, yanğınların qarşısının alınması və onlara reaksiya verilərkən bölgə ciddi problemlərlə üzləşib.

"Yanğın hidrantlarından su gəlmir. Bu, bizim yanğınsöndürənlərimizin səhv idarəçiliyi deyil, bu şəhərin səhv idarəçiliyidir. Bura sanki üçüncü dünya ölkəsidir", - Karuzo deyib. 


Bir çox məşhurlar evini itirib.

Amerika mətbuatında yer alan xəbərlərə görə, Adam Brodi, Leyton Mister, Ceymi Li Kertis, Mendi Mur, Mariya Şrayver, Anna Faris, Spenser Pratt və Rikki Leyk də daxil olmaqla bir çox məşhurlar ən bahalı yanğında evlərini itirib və ya evlərinə ziyan dəyib.


Mənbə:NTV

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et