Bu gün:

Los-Anceles alovlar içindədir


ABŞ-ın Los-Anceles şəhəri yanır. Yanğınlar nəticəsində 5 nəfər həyatını itirib, çoxlu binalar dağılıb. Alov dünya şöhrətli ulduzların milyonlarla dollarlıq malikanələrinə çatıb və 100 mindən çox insan təxliyə olunmağa məcbur olub. Los-Ancelesi yandıran yanğınlar peyk fotolarında da əks olunub.


Los-Anceles tüstü və küllə örtülüb. Yanğınlar nəticəsində indiyədək 5 nəfər həyatını itirib.

Bütün səylərə baxmayaraq yanğını nəzarət altına almaq mümkün olmayıb və Los Anceles polis idarəsi "Ölənlərin sayı artacaq" açıqlaması verib.


Şəhərin müxtəlif yerlərində baş verən meşə yanğınları Hollivud təpələrini keçib. Zərər xüsusilə dünyaca məşhur ulduzların evlərinin olduğu Sakit okean Palisades bölgəsində ciddidir. Milyonlarla dollarlıq evlərdən ibarət olan məhəlləni bürüyən alovda mindən çox tikili məhv olub.


Yanğından əvvəl:

Amerikanın texnologiya şirkəti Maxar, alovun bölgəni necə bürüdüyünə dair təəccüblü fotolar paylaşıb. 

 

Yanğından sonra:


Alova bürünmüş əraziləri əks etdirən görüntülər sübut edir ki, şəhər tarixinin ən dəhşətli yanğınlarından biri baş verib.

 Yanğın zamanı eyni ərazinin çəkilmiş peyk fotoşəkilində bütün yaşayış məntəqəsinin külə döndüyü görünür. 

Yanğın 6 təyyarə, 12 helikopterlə söndürülür.

Los-Anceles Yanğınsöndürmə idarəsi Los-Ancelesdə yayılan yanğınlara cavab vermək səyləri ilə bağlı açıqlama yayıb.


Açıqlamada, əyalət və federal yardımlar da daxil olmaqla, ümumilikdə 12 helikopter və 6 təyyarə ilə yanğınsöndürmə işlərinin davam etdiyi bildirilib.

Yanğına cavab verən təyyarələrdən birinin Kanadadan gələn mülki təyyarə olduğu qeyd edilib. 


Bu yanğın ölkə tarixindəki ən baha başa gələn yanğın sayıla bilər.


CPMorgan tərəfindən dərc edilən təhlildə bölgədəki yanğınlardan iqtisadi itkilərə dair gözləntilərin dünəndən bu yana iki dəfədən çox artaraq 50 milyard dollara yaxınlaşdığı bildirilib.


Təhlildə yanğınlardan sığortalanmış itkilərin 20 milyard dolları keçə biləcəyi və yanğınlar nəzarət altına alınmasa, bu rəqəmin daha da arta biləcəyi bildirilib.


Təhlildə sözügedən itkilərin 2018-ci ildə düşərgə yanğınından ölkə tarixinin ən bahalı yanğını olan təxminən 10 milyard dollar sığortalanmış zərərdən daha yüksək olduğu ifadə edilib və əlavə edilib ki, "yanğınların indiyə qədər nəzarət altına alınmaması və yayılmağa davam etməsi, mümkün iqtisadi və sığortalanmış itkilərin təxminlərinin arta biləcəyi deməkdir." 


Mənbə: NTV.com

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et