Bu gün:

Sosial mediada qida əlavələrinə diqqət


Son illərdə sosial medianın təsiri ilə qida əlavələrindən şüursuz istifadə halları artıb. Bu, həzm problemləri, allergik reaksiyalar və orqan zədələnmələri kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

Qida əlavələri sağlam həyat tərzini dəstəkləmək üçün populyarlıq qazanıb. Lakin mütəxəssislər bu məhsulların elmi cəhətdən sübut olunmadığını və yanlış istifadənin daha çox zərər verə biləcəyini vurğulayırlar. Xüsusilə uşaqlar, hamilələr və xroniki xəstələr üçün bu risk daha böyükdür.

Diyetoloq Berrin Bayraktara görə, sosial media və dəyişən qidalanma vərdişləri qida əlavələrinə marağı artırıb. Vegan və vegetarian qidalanma, idman əlavələri və pandemiya dövründəki immun dəstəkləri bu tendensiyanı gücləndirib.

Mütəxəssislər qeyd edir ki, yağda həll olunan vitaminlərin (A, D, E, K) yüksək dozası qaraciyər və böyrəklərdə problemlər yarada bilər. Əlavələr yalnız həkim nəzarəti ilə və konkret ehtiyaclara əsasən istifadə olunmalıdır. Balanslı qidalanma isə ən sağlam seçim olaraq qalır.

Mənbə: TRT haber

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et