Bu gün:

NASA-nın Marsda həyatın mövcudluğuna dair sübutları


NASA Marsda həyatın mövcudluğuna dair potensial sübutlar toplayıb. NASA 2030-cu illərdə Marsdan Yerə mühüm nümunələrin qaytarılması üçün iki yeni potensial strategiya irəli sürüb. NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə hazırladığı ilkin plan 11 milyard dollarlıq dəyəri və nümunələrin qaytarılmasının 2040-cı ilə qədər gecikməsi səbəbindən qeyri-effektiv hesab edilib. NASA Administratoru Bill Nelson bu gecikməni "qəbuledilməz" adlandırıb.

Perseverance roveri 2021-ci ildə Marsa eniş edəndən bəri Jezero Kraterində qayalar və torpaq nümunələri toplayır. Alimlər bu nümunələrin Marsda həyat olub-olmadığını müəyyənləşdirmək üçün kritik əhəmiyyət daşıdığını bildirir. NASA iki əsas variant təklif edir: Curiosity və Perseverance roverlərinin enişində istifadə olunan “səma vinçi” (sky crane) metodunun təkmilləşdirilməsi və "SpaceX" və "Blue Origin" kimi kommersiya şirkətlərinin yeni texnologiyalarından istifadə. Hər iki planda "Mars Ascent Vehicle" adlı aparat nümunələri orbitə çıxaracaq və "ESA"nın Yerə Qayıdış Orbitri bu nümunələri Yerə çatdıracaq.

Yeni planlar nümunələrin 2035-2039-cu illər arasında Yerə qaytarılmasını və 5.5-7.7 milyard dollar arasında maliyyə tələb edəcəyini nəzərdə tutur. NASA bu nümunələrin Marsın geoloji tarixi, iqlim dəyişiklikləri və milyonlarla il əvvəl həyatın mövcudluğu barədə fundamental biliklər verə biləcəyini bildirir. Layihənin, həmçinin insanları Marsa təhlükəsiz göndərmək üçün mühüm hazırlıq mərhələsi olduğu vurğulanır.

Mənbə: CNN News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et