Bu gün:

ABŞ-də yeni məlumat mərkəzləri üçün 20 milyardlıq plan


Prezident Donald Tramp BƏƏ-li iş adamı və DAMAC Properties şirkətinin təsisçisi Hüseyn Səccavaninin ABŞ-də yeni məlumat mərkəzlərinin tikintisi üçün 20 milyard dollar sərmayə yatıracağını elan edib.

Çərşənbə axşamı, Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransında Tramp bildirib ki, bu çoxillik investisiya planının birinci mərhələsi Arizona, İllinoys, İndiana, Luiziana, Miçiqan, Ohayo, Oklahoma və Texas ştatlarında məlumat mərkəzlərinin qurulmasını əhatə edəcək.

Məlumat mərkəzləri əsasən süni intellekt və bulud texnologiyalarını dəstəkləyəcək.

"İllərdir ABŞ-nin sərmayələrimizi artırmağını gözləyirdik," - deyə Hüseyn Səccavani çıxışında bildirib. "Biz 20 milyard dollar və hətta bundan da çox sərmayə qoymağı planlaşdırırıq". 

Bu sərmayənin ABŞ-də texnologiya sektoruna böyük təsir göstərəcəyi gözlənilməkdədir.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə 

Paylaş
Şərh əlavə et