Bu gün:

Son bir həftədə 49 terrorçu zərərsizləşdirilib


Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir həftədə keçirilən terrorla mübarizə əməliyyatlarında 49 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyi yeni ilin ilk mətbuat konfransında terrorla mübarizə ilə bağlı statistik məlumatları açıqlayıb.

İraq və Suriyanın şimalında 3070 terrorçu zərərsizləşdirilib.

Sahənin tələblərinə uyğun olaraq fərqli, gözlənilməz, sürətli və davamlı icra prinsipləri ilə aparılan qətiyyətli əməliyyatlar nəticəsində 2024-cü ildə Suriyanın şimalında 1579, İraqın şimalında isə 1491 olmaqla ümumilikdə 3070 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, il ərzində ümumilikdə 107 terrorçu təslim olub.

Nazirliyin açıqlamasında vurğulanıb ki, sonuncu terrorçu Türkiyə üçün təhlükə mənbəyi olmaqdan çıxarılana qədər mübarizə fasiləsiz şəkildə davam etdiriləcək.


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et