Bu gün:

İtaliyada körpənin faciəvi ölümü


İtaliyanın cənubundakı Bari şəhərində tərk edilmiş körpələrin qaldığı beşik qutusunda bir aylıq körpənin cansız bədəni tapılıb. Hadisə cümə axşamı San Giovanni Battista kilsəsində baş verib.

Kilsə keşişi Antonio Ruccia bildirib ki, körpə normal şəraitdə qutuda qalanda həyəcan sisteminə daxil olur və mobil telefonlara bildiriş mesajları göndərilir. Lakin hadisə zamanı Romada olan keşiş Ruccia mobil telefonuna heç bir xəbər almadığını bildirib.


Dəfn evinin operatoru xidmətinin işçisi körpəni görüb və dərhal keşiş Ruccia ilə əlaqə saxlayıb. Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra araşdırmalara başlanılıb.


İtaliyadakı kilsə və xəstəxanalarda, tərk edilmiş körpələr üçün xüsusi qutular hazırlanıb. Bu qutular istilik sistemi ilə təchiz olunub. Körpə qutuya qoyulanda dərhal məsul şəxslərə xəbərdarlıq edilir. Lakin polis, bu qutuların istilik sisteminin işləyib-işləmədiyini və ya körpənin həqiqətən içində olub-olmadığını dəqiq müəyyən edə bilməyib. Körpənin ölüm səbəbi yalnız ekspertizadan sonra məlum olacaq. 


San Giovanni Battista kilsəsindəki bu beşikdə sonuncu dəfə olan körpə 2023-cü ilin dekabrında qalıb və ona Maria Grazia adı verilib. Keşiş Ruccia, bu cür vəziyyətlərin qınaq obyektinə çevrilməməsinin vacib olduğunu vurğulayaraq: "Oğlunun qayğısına qala bilməyəcəyini anlayan bir insanın acısını heç kim təsəvvür edə bilməz" - deyib.


Baby Boxes proqramı, 13-cü əsrdən bəri mövcud olan bir ənənədir və 2006-cı ildə qəbul edilən qanunla modernləşdirilmişdir. Bu proqram, qadınlara şəxsiyyətlərini açıqlamadan doğum etmək və baxa bilməyəcəkləri körpələri təhlükəsiz şəkildə tərk etmək hüququ verir.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et