Bu gün:

Meta şuraya yeni üzvlər təyin etdi


Meta, Direktorlar Şurasına üç yeni üzv təyin edib: UFC prezidenti və CEO-su Dana White, Exor investisiya şirkətinin CEO-su Con Elkann və texnologiya rəhbəri Charlie Songhurst.

Meta-nın CEO-su Mark Zuckerberg mətbuat açıqlamasında bildirib ki, bu şəxslər şirkətin süni intellekt, geyilə bilən texnologiyalar və insan əlaqələrinin gələcəyi ilə bağlı böyük imkanlardan faydalanmasında mühüm rol oynayacaq.

Dana White 2023-cü ildə WWE ilə UFC-nin birləşməsi nəticəsində yaradılan TKO Group Holdings-in CEO-su təyin olunub. O, UFC-nin qlobal strateji idarəetməsinə və canlı tədbirlər seriyasına rəhbərlik edir.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə 

Paylaş
Şərh əlavə et