Bu gün:

Rusiya hava limanları yenidən açılır


Ukraynanın intensiv hava hücümlarından müdafiə olunmaq üçün bağlanan Rusiya hava limanlarının 4-ü yenidən açılır. Hava limanlarında mülki təyyarələrin qalxış və enişi bərpa olunur.

Əvvəlcə, Kazan hava limanı dekabrın 21-də Ukrayna pilotsuz təyyarəsinin yaşayış kompleksinə və şəhərin digər ərazilərinə hücumu nəticəsində heç kimin xəsarət almamasına baxmayaraq uçuşları dayandırıb. 

Mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün bazar günü səhər uçuşları müvəqqəti dayandıran Rusiyanın Kazan, Nijnekamsk, İjevsk və Perm şəhərlərindəki hava limanları normal fəaliyyətini bərpa edib.

Rosaviatsia bildirib ki, hava limanlarında məhdudiyyətlər səhər saat 11:00-da (GMT 08:00) görülüb. Sözügedən dörd şəhər Moskvanın şərqində yerləşir.

Mənbə: Hindustan Times

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et