Jeff Bezosun Blue Origin şirkətinin hazırladığı 98 metr uzunluğundakı New Glenn raketi Florida ştatında ilk uçuşuna hazırlaşır. Bu raket "SpaceX"in uzun müddətdir davam edən üstünlüyünə meydan oxumaq məqsədi daşıyır. Raket Cape Canaveral Kosmik Qüvvələr Stansiyasından buraxılacaq və 45 ton yük daşıma qabiliyyətinə malikdir.

"New Glenn"in ilk mərhələsi uçuşdan sonra Jeff Bezosun anasının şərəfinə "Jacklyn" adlandırılan dəniz platformasına enəcək. Bu təkrar istifadə texnologiyası kosmik uçuşların xərclərini azaltmaq məqsədi daşıyır.
"New Glenn" "Amazon"un Kuiper internet peyklərini orbitə çıxarmaq və "Blue Origiin"in Orbital Reef adlı kosmik stansiyasının tikintisində istifadə olunacaq. İlk buraxılışda NASA-nın Mars peykləri əvəzinə "Blue Origin"in texnoloji sınaqları aparılacaq.
Bu uğur Blue Origin-in kosmik yarışda daha güclü mövqe qazanmasına imkan yarada bilər.
Mənbə: CNN News
Tərcümə etdi: Xavər Məmmədli
