Bu gün:

İsrail Qəzzaya hücumlara davam edir


İsrail ordusunun Qəzza zolağında gecə boyu həyata keçirdiyi hücumlarda ən azı 28 fələstinli həyatını itirib, 14 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. 


Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Şucaiyye rayonunda "Semara" ailəsinə məxsus evi bombalaması nəticəsində 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb.


Qəzza zolağının “Xan Yunus” şəhərinin “Səlahəddin” küçəsində İsrailin hərəkətdə olan maşını hədəf alması nəticəsində 6 nəfər həyatını itirib.


İsrail döyüş təyyarəsinin Qəzza şəhərinin mərkəzi hissəsindəki “Ed-Durc” məhəlləsində "Şevbeki" ailəsinə məxsus evi bombalaması nəticəsində bir kişi və hamilə həyat yoldaşı da daxil olmaqla 3 nəfər həyatını itirib.


İsrailin Qəzza zolağının cənubundakı “Xan Yunis” şəhərinin “Cəlal” küçəsi yaxınlığında köçkünlərin sığındığı çadırlara hücumu nəticəsində azı 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.


İsrail qüvvələrinin Qəzza şəhərinin şərqindəki “Şucaiyye” rayonunda "el-Gule" ailəsinə aid evi bombalaması nəticəsində yaralanan 2 nəfər xilas edilib, itkin düşən 11 nəfər isə dağıntılar altından tapıla bilməyib.


İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən “Xan Yunus” şəhərinin “əl-Məvasi” bölgəsində “əş-Şərif” ailəsinə məxsus evi hədəf alması nəticəsində 1 uşaq ölüb, 10 nəfər həlak olub.


Mənbə: TRT Haber


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et