İngiltərənin cənubundakı əhəngdaşı karxanasında 166 milyon il əvvələ aid “dinozavr magistralı” və təxminən 200 iz aşkar edilib. Oksford və Birmingem Universitetlərinin tədqiqatçılarına görə, bu tapıntı Orta Yura dövrünə dair mühüm məlumatlar təqdim edir.

Birmingem Universitetindən professor Kirsti Edgar bildirib ki, “Bu izlər dinozavrların hərəkətləri, qarşılıqlı əlaqələri və tropik mühitdə yaşayış tərzini araşdırmaq üçün nadir imkan yaradır.”
Tapıntıda dörd iz uzunboyunlu, ot yeyən "Cetiosaurus"a, beşinci iz isə 9 metr uzunluğunda yırtıcı "Megalosaurus"a aid olub. Dinozavr izlərinin kəsişməsi onların qarşılıqlı təsiri ilə bağlı suallar doğurur.
Tədqiqatçılar izləri sənədləşdirmək üçün 20 mindən çox rəqəmsal görüntü və 3D modellər hazırlayıb. Tapıntılar BBC-nin “Digging for Britain” proqramında və Oksford Muzeyində sərgilənəcək.
Mənbə: NBC news
Tərcümə etdi: Xavər Məmmədli
