Keniya Kosmik Agentliyinin çərşənbə günü verdiyi açıqlamada, obyektin o vaxtdan bəri "kosmik obyektin parçası" olduğu müəyyən edildi. KSA, Makueni əyalətinin cənubundakı ucqar Mukuku kəndinə enən obyekti 2,5 metr (təxminən 8 fut) enində və 500 kq (təxminən 1100 funt) ağırlığında aşkar kosmik zibil kimi təsvir etdiyini söylədi. "Agentlik aydınlaşdırmaq istəyir ki, diametri təxminən 2,5 metr və çəkisi təxminən 500 kq olan metal halqa olan obyekt kosmik obyektin parçasıdır", - KSA bildirib.
İlkin qiymətləndirmələr onun raketdən ayırma halqası olduğunu göstərir, agentlik qeyd edir ki, kosmik tullantılar daha çox okeana düşür və ya yer atmosferinə girməzdən əvvəl yanır.
Mənbə: CNN
Tərcümə etdi: Səma İsmayılova