Bu gün:

ABŞ-də pişiklərdə quş qripi yoluxması


ABŞ-də daha bir pişik yemində quş qripi virusu aşkar edilib. Los Anceles İctimai Sağlamlıq Departamenti məlumat verib ki, bir ev pişiyində quş qripi testi pozitiv çıxıb və digər pişiklərin də virusa yoluxduğu ehtimal olunur. Sözügedən yem Kaliforniyada satılır.

Ötən həftə Oreqon ştatında bir pişik tərkibində quş qripi virusu olan çiy yemi yedikdən sonra ölüb. Hadisədən sonra yem istehsalçısı bəzi partiyaları geri çağırıb. 

Quş qripi ABŞ-də ilk dəfə 2022-ci ildə qeydə alınıb. Dr. Jane Sykes bu ilin sonuna qədər 25-dən çox yoluxma faktının qeydə alındığını bildirib. Bəzi ev pişikləri çiy yem və ya pasterizasiya edilməmiş süd vasitəsilə yoluxub.

FDA artan quş qripi hallarını araşdırır və çiy qidaların bişirilməsi və ya pasterizasiya edilməsini tövsiyə edir. Dondurulmuş çiy yemlərin də təhlükəsiz olmadığı xəbərdarlığı edilib. Quş qripinin pişiklərdə əsas əlamətləri arasında asqırma, öskürək, iştahsızlıq və qızdırma var. Ekspertlər ev heyvanlarının çiy ət və süd məhsulları ilə qidalandırılmamasını tövsiyə edirlər.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et