"NASA"nın Parker Solar Probu Günəşə ən yaxın məsafədən keçərək tarix yazıb. Cümə axşamı gecə (Bakı vaxtı ilə cümə səhər) probdan siqnal alınıb. Bu siqnal probun 3.8 milyon mil (6.1 milyon km) məsafədən keçərək təhlükəsiz şəkildə fəaliyyətini davam etdirdiyini təsdiqləyib.

Yeni il ərəfəsində prob Günəşin xarici atmosferinə daxil olaraq 980°C-yə qədər temperatur və ekstremal radiasiyaya dözüb. Bu tədqiqat Günəş materialının necə milyonlarla dərəcə istiliyə qədər qızdığını və Günəş küləyinin mənşəyini araşdırmağa yönəlib. "NASA"nın məlumatına görə , prob saniyədə 430,000 mil (692,000 km/saat) sürətlə hərəkət edib və bu sürətlə Londondan Nyu-Yorka 30 saniyədən az vaxtda çatmaq olar.
Probun qorunması üçün 11.5 sm qalınlığında karbon kompozit qalxan istifadə edilib. Əsas məqsəd Günəşin xarici atmosferi olan koronanı araşdırmaqdır. Korona səthdən daha uzaqda olsa da , milyonlarla dərəcə isti olur ki, bu elm üçün böyük bir sirrdir.
Missiya, həmçinin Günəş küləyini və onun Yerə təsirini araşdırmağa kömək edəcək. Bu külək, Yer maqnit sahəsi ilə qarşılıqlı təsir edərək auroralar yaratsa da, bəzən enerji şəbəkələrini və elektronika sistemlərini sıradan çıxara bilər. NASA alimləri probun ekstremal şəraitlərdə müvəffəqiyyətlə işləyəcəyinə əminliklə baxsalar da , əlaqənin bərpasını narahatlıqla gözləyiblər. Prob Günəşi daha yaxşı anlamaq üçün xüsusi dizayn edilmiş möhkəm bir tədqiqat aparatıdır.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
