Bu gün:

Brüsselin küçələrində 10000-ə yaxın evsiz yaşayır


Belçikanın paytaxtı Brüsseldə evsiz sayının 10000-ə çatdığı, lakin mövcud sığınacaq yerlərinin kifayət qədər olmadığı və sərt qış şəraitində əlavələ tədbirlərin görülməsinin vacib olduğu bildirilib.

Brüsseldə evsizlərə dəstək  üçün "Bruss help" təşkilatının məlumatına görə, şəhərin küçələrində təxminən 10000 evsiz yaşayır, lakin şəhərdə yalnız 3250 nəfərlik təcili yardım sığınacağı mövcuddur.

"Bruss help" təşkilatı nəzarətində fəaliyyət göstərən təşkilatlar sığınacaq yerlərinin artırılmasımı tələb edir. Qış aylarına hazırlıq çərçivəsində bəzi tədbirlər artıq həyata keçirilməyə başlanıb.

Şəhərin Schaerbeek rayonunda bir otel 104 yer evsizlər üçün sığınacağa çevrilib. Bu yerlərdən 14-ü subay kişilər, 90-ı isə ailələr üçün nəzərdə tutulub.

Brüsselin tərkibindəki 19 bələdiyyədən 12-də yemək və geyim paylanması kimi yardımlar başlanıb, lakin "Bruss help" bütün bu tədbirlərin kifayət qədər yüksək səviyyədə olmadığını  və mövcud sığınacaq yerlərinin təxminən 1000-nin  miqrantlar üçün ayrıldığını vurğulayır.

Belçikada evsizlərin soyuq havalardan qorunması üçün "Həddindən artıq Soyuq Planı" adlı hökumət tədbiri mövcuddur. Bu plan yalnız havanın -4 dərəcə olduğu hallarda qüvvəyə minir və həmin vaxt əlavə 160 nəfərlik təcili sığınacaq təmin edir.

Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et