Çinin elektrik avtomobili şirkəti "BYD"-nin 2025-ci ildə istismara verilməsi gözlənilən Asiyadan kənar ilk fabrikinin tikintisi Braziliya hökuməti tərəfindən dayandırılır.

Bbc news xəbər verir ki, səlahiyyətlilərin tikinti işini dayandırmasının əsas səbəbi işçilərin "köləlik" prinsipləri əsasında işlədilməsi olub.
İddialara görə, işçilər “alçaldıcı” mühitə salınıb, pasportları və maaşları tikinti şirkəti tərəfindən alınıb.
"BYD" verdiyi açıqlamada, əlaqəli firma ilə əməkdaşlığa son qoyduğunu və "Braziliya qanunvericiliyinə tam uyğunluq" mövzusunda sadiq qaldığını söyləyib. Zərərçəkən 160 işçi düşdükləri ağır vəziyyətdən xilas edilib və xərcləri "BYD" şirkəti tərəfindən qarşılanmaqla müvəqqəti olaraq otelə yerləşdirilib.
Hazırladı: Səidə Abasova
