Bu gün:

İnstagram istifadəçilərinə yeni funksiyasını elan edib


İnstagram istifadəçiləri artıq birbaşa mesajlarını (DM) müəyyən vaxt üçün planlaşdıra bilərlər. Bu xüsusiyyət, hadisələr və ya vacib tarixlərdən əvvəl mesaj göndərməyi unutmamaq üçün çox faydalıdır. Meta, bu yeni güncəlləmə ilə istifadəçilərə mesajlarını planlaşdırmaq üçün rahat bir imkan təqdim edir. Daha əvvəl sınaqdan keçirildiyi bildirilən bu funksiya indi Instagram platformasında da aktivdir.


“Engadget”in məlumatına görə, istifadəçilər öz mesajlarını planlaşdırıb müəyyən tarix və saatda göndərə biləcəklər. Hazırda bu funksiya yalnız mətn və emoji göndərməyə imkan verir. O, foto, video və ya GIF kimi media məzmununu dəstəkləmir.


İnstagram DM-lərində mesajları necə planlaşdırmaq olar?

Mesajı planlaşdırmaq üçün əvvəlcə Instagram tətbiqinin yuxarı sağ küncündəki oxu və ya söhbət qabarcığı işarəsinə toxunaraq DM-ləri daxil edin.


Sonra mesaj göndərmək istədiyiniz şəxsi seçin və ya yeni söhbətə başlayın. Mesajınızı yazdıqdan sonra göndərmə düyməsini uzun müddət basaraq planlaşdırma funksiyasını aktivləşdirin.


Tarix və vaxtı seçə biləcəyiniz bir ekran açılacaq. İstifadəçilər mesajları 29 gün əvvələ qədər planlaşdıra bilərlər. Bu funksiya həm Android, həm də iOS cihazlarında mövcuddur.


İnstagram məzmun idarə xüsusiyyətləri instagram istifadəçilərinin təcrübəsini yaxşılaşdırmaq üçün daim yeni funksiyalar təqdim edir. Bu il platforma, istifadəçilərin diqqətini onları maraqlandıran məzmunlara yönəltməsini asanlaşdırmaq üçün alqoritm sıfırlama funksiyasını istifadəyə verib.


Bu yeni DM funksiyası fərdi istifadəçilərə gündəlik həyatlarını daha asan idarə etməyə imkan verir.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et