Bu gün:

Uşaqların süni intellektlə qarşılıqlı əlaqəsində həyəcan təbili çalır


İnsan kimi danışa bilən süni intellekt texnologiyaları uşaqların davranışlarına və qərarvermə üsullarına ciddi təsir göstərə bilir. Xüsusilə, 10 yaşdan kiçik uşaqlar bu texnologiyaları real insan kimi qəbul edərək yanlış yönləndirilmələrə məruz qala bilərlər.


Süni intellekt əsaslı söhbət proqramları uşaqlarda dərin təsirlər yarada biləcək potensiala malikdir. Onların ətraf mühiti qavrama tərzini və qərarvermə bacarıqlarını formalaşdıran bu texnologiyalar eyni zamanda böyük təhlükələr də yarada bilər. Bu risklərdən biri bir neçə ay əvvəl ABŞ-ın Florida ştatında baş verib. Bir ana oğlunun faciəvi ölümündən sonra süni intellekt əsaslı söhbət proqramını məhkəməyə verib. İddialara görə, uşaq proqramdan aldığı cavabların təsiri ilə intihar edib.

Məhkəmə işi süni intellekt botlarının uşaqlar üzərindəki təsirləri və yaratdığı potensial təhlükələr haqqında daha çox məlumatlandırmanın vacibliyini gündəmə gətirib. Bu hadisə texnologiyanın faydaları ilə yanaşı, düzgün idarə olunmadıqda yarada biləcəyi riskləri də göstərir.


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et