Çin mənşəli alış-veriş tətbiqi Temu, 2024-cü ildə ABŞ App Store-da ən çox yüklənən pulsuz tətbiq olaraq birinci yeri tutdu.

Apple-ın təqdim etdiyi illik siyahıya əsasən, Temu bu mövqeyini ikinci ildir ki, qoruyub saxlayır.
Temu 2022-ci ildə lider mövqedə olan TikTok-u keçərək keçən il birinci yerə yüksəlmişdi. TikTok isə bu il üçüncü sırada yer aldı. Onu yalnız Meta-nın Threads tətbiqi keçərək ikinci yerə yüksəldi. İnstagram Threads keçən il üçüncü sırada idi.
Apple-ın il ərzində ən çox yüklənən tətbiq və oyunlar siyahısı istifadəçilərin gerçəkdə hansı tətbiqləri yüklədiyini əks etdirir və redaktorların seçdiyi "İlin ən yaxşıları" siyahısından fərqlənir.
Mənbə:Techcrunch
Tərcümə etdi:Zeynəb Yunuszadə
