Dünyada ən çox qəbul edilən içkilərdən olan çay və qəhvə ilə bağlı aparılan son araşdırmalar bu içkilərin sağlamlığa təsirləri barədə yeni məlumatlar ortaya qoyub.

Araşdırmalara görə, gündə dörd fincandan çox qəhvə qəbulu insult (felç) riskini artırır, halbuki çayın müntəzəm qəbulu bu riski azalda bilər.
İnsult beyinə qan daşıyan damarların tıxanması və ya yırtılması nəticəsində meydana gəlir və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Hər il təxminən 795.000 insan insult keçirir və həddindən artıq kafeinli içkilərin, xüsusilə qəhvənin çox qəbulu bu riski artıran amillərdən biri kimi qiymətləndirilir.
Buna baxmayaraq, çay daha az kafein və daha çox antioksidant tərkibi ilə sağlamlığa bir sıra faydalar təmin edir.
Müntəzəm çay qəbulu qan şəkərinin tənzimlənməsi, ürək sağlamlığının yaxşılaşdırılması və bəzi xərçəng növləri ilə şəkərli diabet riskinin azalması kimi müsbət təsirlərə malikdir.
Buna görə də sağlamlıq baxımından çayın qəhvədən daha üstün olduğu və insult riskini azaltmağa kömək etdiyi qənaətinə gəlinir.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
