Netflix bütün dünyada məşhur olan “Squid Game” filmindən ilhamlanan yeni mobil oyununu, “Squid Game”: “Unleashed”i dünyaya elan etdi!

Oyunçuları bir daha gərgin bir atmosferə daşıyacaq bu oyun 17 dekabr 2024-cü ildə Android və iOS platformalarında yayımlanacaq.
Bütün oyunçular üçün pulsuz fürsət:
“Squid Game”: "Unleashed" filminə sadiq qalır və məşhur "Qırmızı İşıq, Yaşıl İşıq" və "Şüşə Körpü" kimi simvolik oyunları tamaşaçılara təqdim edir. Daha əvvəl “Netflix Games” vasitəsilə yayımlanan oyunlardan fərqli olaraq, bu istehsal abunə tələb olunmadan hər kəsə pulsuz təqdim olunacaq. Bu qərar oyunu geniş oyunçu kütləsinə çatdırmaq məqsədini əks etdirib.
“Squid Game” adlı çox oyunçulu partiya oyunu kral formatında hazırlanıb. 32 nəfərin eyni anda iştirak edə biləcəyi bu oyun oyunçuları həm fərdi, həm də komanda şəklində strateji qərarlar qəbul etməyə məcbur edir. Oyunçular bənzərsiz avatarları ilə seçiləcək və başqaları ilə rəqabət apararkən filimin gərginlik dolu atmosferini yaşayacaqlar.
Filmin ikinci mövsümü ilə eyni vaxtda çıxıb:
“Squid Game”in ikinci mövsümü 26 dekabr 2024-cü ildə Netflix platformasında yayımlanmağa başlayacaq. Yeni mobil oyunun tamaşaçıların marağını artırmaq üçün bu tarixdən bir müddət əvvəl təqdim olunması planlaşdırılıb. Oyunda serialın tanınmış personajları və səhnələri ilə qarşılaşmaq mümkün olacaq.
Oyunçular oyunu “App Store” və “Google Play”dan yükləyərək qeydiyyatdan keçə biləcəklər. Əvvəlcədən qeydiyyatdan keçənlər xüsusi kostyum kimi müxtəlif hədiyyələr qazana biləcəklər. Oyunda sağ qalmaq üçün reflekslərinizi və strateji düşünmə qabiliyyətinizi sınayan bir sıra çətin oyunlar sizi gözləyir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
