Qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi, önümüzdəki 100 il ərzində bir çox şəhərin su altında qalma riskini artırır. 
Mütəxəssislərin proqnozlarına görə, bu təhlükə ilə üzləşən şəhərlər arasında aşağıdakılar var:
1. Amsterdam, Hollandiya: Dəniz səviyyəsindən aşağıda yerləşən Amsterdam, Rotterdam və Haaqa şəhərləri ciddi risk altındadır.
2. Venesiya, İtaliya: Şəhər hər il təxminən 2 millimetr batır və dəniz səviyyəsinin yüksəlməsi ilə su altında qalma təhlükəsi artır.
3. Nyu-Orlean, ABŞ: Şəhər, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən ciddi təhlükə altındadır və müdafiə sistemləri olmadan su altında qala bilər.
4. Kalküta, Hindistan: Dəniz səviyyəsinin qalxması və musson yağışları səbəbindən şəhər su basma riski ilə üz-üzədir.
5. Banqkok, Tayland: Dəniz səviyyəsindən cəmi 1,5 metr hündürlükdə yerləşən şəhər, ildə təxminən 3 sm batır və su altında qalma təhlükəsi ilə üzləşir.
6. Şanxay, Çin: Sıx insan məskunlaşması olan şəhər, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən su altında qalma riski daşıyır.
7. İstanbul, Türkiyə: Dəniz səviyyəsinin 60-70 santimetr artması halında, önümüzdəki 100 il ərzində İstanbulun bəzi sahilyanı bölgələri su altında qala bilər.
8. Samsun və Kocaeli, Türkiyə: Bu şəhərlər də dəniz səviyyəsinin yüksəlməsi nəticəsində su altında qalma təhlükəsi ilə üz-üzədir.
9. Bəsrə, İraq: Fars körfəzi sahilində yerləşən şəhər, dəniz səviyyəsinin qalxması səbəbindən su basma riski ilə qarşılaşır.
10. San-Fransisko, ABŞ: 2050-ci ilə qədər şəhərin bəzi hissələrinin su altında qalacağı proqnozlaşdırılır.
Bu proqnozlar, iqlim dəyişikliyinin ciddi təsirlərini göstərir və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
