Bu gün:

Yaponiya tullantı qaydalarını pozan insanları cəzalandıracaq


Dünyada tullantıların atılması ilə bağlı olan ən sərt qaydaları ilə öyünən Yaponiyada tullantıları çeşidləmək təcrübəsi olmayanlar üçün bu mürəkkəb proses ola bilər.

Lakin Fukusima şəhərində işlər daha da çətinləşir.

Mart ayından etibarən şəhər hökuməti qaydalara uyğun olmayan zibil torbalarını, məsələn, düzgün çeşidlənməmiş və ya icazə verilən ölçüdən böyük olanları yoxlayacaq və lazım gəldikdə bu torbaların sahiblərini müəyyən edəcək.

Çərşənbə axşamı bələdiyyə iclasında qəbul edilən yeni qaydalar Yaponiyanın tullantıların idarə olunması sistemini təkmilləşdirmək üçün uzun müddətdir davam edən və sonda həllini tapan hadisəyə təsadüf edib.

Mənbə: BBC news 

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et