
"SoftBank"ın baş icraçı direktoru Masayoshi Son, ABŞ-yə növbəti dörd il ərzində 100 milyard dollar investisiya edəcəyini açıqlayıb. Bu elan prezident Donald Tramp ilə birlikdə Florida ştatındakı Mar-a-Lago iqamətgahında keçirilən mətbuat konfransında edilib.
Donald Tramp bildirib ki, bu investisiya ABŞ-də ən azı 100,000 yeni iş yeri yaradacaq. O, bunu "tarixi bir addım" adlandıraraq, investisiyanın süni intellekt, yeni texnologiyalar və gələcəyin digər sənayelərinin ABŞ-də inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Masayoshi Son və Tramp arasındakı iş əlaqəsi 2016-cı ildə, Son-un "SoftBank"ın ABŞ startaplarına 50 milyard dollar sərmayə qoyacağını və 50,000 iş yeri yaradacağını elan etdiyi vaxtdan başlayıb. Bu dəfəki investisiyanı ikiqat artırmaq barədə danışan Son, “Prezident Tramp ikiqat artıran liderdir, mən də buna uyğun hərəkət etməliyəm”,- deyib.
Mənbə : Techcrunch
Tərcümə etdi : Zeynəb Yunuszadə
