Bu gün:

Bob Leenin qatili ikinci dərəcəli qətldə təqsirli bilinib


"Cash App" yaradıcısı Bob Lee-nin qatili ikinci dərəcəli qətldə təqsirli bilinib.
San-Fransisko məhkəmə heyəti, "Cash App" yaradıcısı və "Block"un keçmiş baş texnologiya direktoru Bob Leenin qətli ilə bağlı Nima Momenini ikinci dərəcəli qətldə təqsirli bilib.

Məhkəmə heyəti Momeninin birinci dərəcəli qətldə təqsirli olmadığını qərara alıb. Bu isə o deməkdir ki, hakimlər Leenin qətlinin əvvəlcədən planlaşdırılmadığını qəbul ediblər. Hadisə 2023-cü ilin aprel ayında San-Fransiskonun mərkəzi küçəsində baş verib.

Bob Lee hadisə zamanı 43 yaşında idi və "MobileCoin" şirkətində baş məhsul direktoru vəzifəsində çalışırdı. O, daha əvvəl Jack Dorseynin "Block" şirkətində texnologiya inkişafına rəhbərlik etmiş, burada "Cash App"ı yaratmışdı. Bundan əlavə, Lee "SpaceX", "Clubhouse", "Tile" və "Figma" kimi şirkətlərə investor olub.

Başlanğıcda Leenin ölümünün San-Fransiskoda artan cinayət və evsizlik problemi ilə əlaqəli olduğu ehtimal edilirdi. Lakin istintaq zamanı məlum oldu ki, Lee qatilini tanıyıb.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə 

Paylaş
Şərh əlavə et