Bu gün:

Qəddarlıq və qırğından yeni detallar


Minlərlə insanın əsir saxlandığı Dəməşq həbsxanaları işgəncələri ortaya qoyur. Əsəd rejiminin devrilməsindən sonra boşaldılan həbsxanaları ziyarət edən keçmiş məhbuslar yaşadıqlarından danışıblar. 

Keçmiş məhbu, bəzi məhbusların məruz qaldıqları qəddarlığa görə ağlını itirdiyini bildirib. “Bu kamerada bəzən 100-ə qədər məhbus olurdu. Digər günlərdə isə təxminən 60 nəfər olurdu. Bəzilərinin yatmaq üçün kifayət qədər yeri var idi, bəzilərinin isə yox idi. Qara divarlar, damlayan tavanlar. Hər saniyəsi istər zabitlər, istərsə də kameralar tərəfindən izlənilən məhbuslar Əsəd rejiminin devrilməsindən aylar sonra qaldıqları Suriya həbsxanalarına gediblər. O, orada keçirdiyi günlərdən danışdı: Bu şüşənin arxasında insanlar var idi, səni azad etmək üçün pul istəyəndə deyirdilər: “Təhlükəsizlik kamerasını söndürdük, nə verəcəksən?”.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et