İsrail mətbuatı, İsrail xarici kəşfiyyat xidməti MOSSAD və İsrail Daxili Kəşfiyyat Təşkilatı Şin Bet rəsmilərinin də daxil olduğu bir heyətin Qəzza zolağında atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya getdiyini iddia edib.

İsrailin Qəzza zolağına qarşı hücumları 437 gündür davam edərkən, İsrail mətbuatı adını açıqlamayan yüksək vəzifəli israilli rəsmiyə istinadən xəbər verib ki, İsrail xarici kəşfiyyat xidməti MOSSAD və İsrail Daxili Kəşfiyyat Təşkilatı Şin Bet rəsmilərinin də daxil olduğu bir heyət Qəzza zolağında atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya gedib. Xəbərlərdə heyətdə İsrail ordusundan da nümayəndələrin yer aldığı və heyətin vasitəçilərlə bir araya gələcəyi bildirilib.
Adı açıqlanmayan rəsmi, səfərin atəşkəs danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildiyi mənasına gəldiyini bildirib. İsrail isə sözügedən səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
