NASA və onun beynəlxalq tərəfdaşları hazırda bu problemlə mübarizə aparır.
NASA-nın Merilend ştatındakı Goddard kosmik uçuş mərkəzində ayın vəziyyəti, naviqasiya, vaxt və standartlara rəhbərlik edən Çerly Qramlinq, bəzi başlıqların təklif etdiyi kimi, elm adamları sadəcə ayda yeni bir "saat qurşağı" yaratmaq fikrində deyillər. Qramlinq qeyd edib ki, kosmos agentliyi və onun tərəfdaşları tamamilə yeni “zaman şkalası” və ya ayda saniyələrin daha sürətli keçdiyi faktını nəzərə alan ölçmə sistemi yaratmağa çalışırlar.
Agentliyin məqsədi beynəlxalq tərəfdaşlarla kosmosda səyahət edən ölkələrin müşahidə etməyə razılaşdıqları, xüsusən də Ay üçün vaxtı izləmək üçün yeni bir üsul yaratmaq üçün işləməkdir.
Dünyanın xronometrləri üçün önümüzdəki aylar ay vaxtını necə düzgün saxlamağı öyrənmək və aya saatları necə, nə vaxt və harada yerləşdirmək barədə razılığa gəlmək üçün həlledici ola bilər.
Mənbə: edition.cnn.com
Tərcümə etdi: Nazrin Humbat
