
Süni intellekt dəstəkli Speak startapı dilləri öyrətmək üçün innovativ yanaşması ilə diqqət mərkəzinə düşüb. Şirkət, dilləri ana dilində danışanların öyrənmə üsuluna uyğun olaraq tədris etmək üçün bir platforma hazırlayıb. Süni intellektdən istifadə edərək, platforma audio söhbətlər yaradır və istifadəçilərin cavablarını dinləyərək onların dil bacarıqlarını təkmilləşdirir.
Startap bu gün $78 milyonluq Series C maliyyələşmə raundunu tamamladığını elan edib. Bu investisiya raunduna Accel rəhbərlik edib, əvvəlki investorlar olan OpenAI (Startup Fund vasitəsilə), Khosla Ventures və Y Combinator da iştirak ediblər. Yeni investisiya ilə Speak-in dəyəri $1 milyarda çatıb.
Qeyd edək ki, bu maliyyələşmə startap üçün böyük bir sıçrayışdır. Yalnız altı ay əvvəl, Speak $500 milyon qiymətləndirmə ilə $20 milyonluq Series B genişlənmə raundu elan etmişdi. Yeni raund isə şirkətin inkişafını daha da gücləndirəcək.
Mənbə : Techcrunch
Tərcümə etdi :Zeynəb Yunuszadə
