Suriyada 61 illik BƏAS rejiminin devrilməsindən sonra paytaxt Dəməşq, Hələb, Latakiya, Dəra, Həma və digər şəhərlərdə meydanlara toplaşan xalq böyük coşqu ilə bayramlarını davam etdirir.
Dəməşq, Hələb, Latakiya, Dəra, İdlib, Həma, Homs, Deyr əz-Zor, Tartus və Suveyda daxil olmaqla bütün vilayətlərdə rejimin süqutundan sonra keçirilən ilk cümə namazının ardınca milyonlarla insan şəhər meydanlarına axışıb.
Hər yaşdan və etnik qrupdan olan insanların qatıldığı tədbirlərdə sevinc dolu anlar yaşanıb və bu görüntülər kameralara əks olunub. Meydanlarda toplaşan insanlar əllərində “Suriya inqilabı bayraqları” ilə yürüş edib, ölkənin azadlığını və “Yeni Suriya”nın qurulmasını arzulayan şüarlar səsləndiriblər. Tədbirlərdə inqilabi mahnılar da oxunub.
Digər tərəfdən, "Həyat Təhrir əl-Şam" (HTŞ) lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani) xalqı BƏAS rejiminin süqutu münasibətilə təbrik edərək meydanlarda bir araya gəlməyə dəvət edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva