1939-cu ildə "Oz sehrbazı" filmində aktrisa Cudi Qarlandın məşhur şəkildə geyindiyi Dorotinin yaqut başmaqları onilliklər ərzində Amerika pop mədəniyyətinin simvolu olub. İndilərdə isə o düz 28 min dollara satılaraq yeni sahibinə qovuşub.
Film üçün bir neçə cüt başmaq hazırlanmışdı, lakin bu gün yalnız dörd cütün mövcub olduğu bilinir. Bu cütlərdən biri Smithsonian İnstitutunda saxlanılır, digəri isə vaxtilə Minnesotadakı Judy Garland Muzeyində nümayiş olunurdu. Lakin bu başmaqlar 2005-ci ildə oğurlanmışdı.
İllərlə davam edən araşdırmalardan sonra, FTB 2018-ci ildə Minneapolisdə həyata keçirilən əməliyyat zamanı oğurlanmış başmaqları tapmağa nail olub. Başmaqların vəziyyəti bir qədər pis olsa da, 2024-cü ildə hərraca çıxarılacaq qədər bərpa edilib. Hərrac zamanı bu ikonik başmaqlar 28 milyon dollara satılıb və bu, rekord məbləğ kimi tarixə düşüb.
Bu satış həm iştirakçıların, həm də hərrac evinin gözləntilərini xeyli üstələyib və "Oz Sehrbazı" filminin 85 ildən sonra belə Amerika mədəniyyətində xüsusi bir yer tutub olduğunu bir daha sübut edib.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
