Bu gün:

Pep Mançesterdədir


53 yaşlı ispaniyalıya İngiltərə yığmasının baş məşqçisi olmaq təklifi yayda irəli sürülmüşdü. Lakin o, keçən ay "Mançester Siti" ilə müqaviləsini iki il uzadaraq 2027-ci ilə qədər davam etdirəcəyini açıqlayıb. "YouTube"da məşhur aşpaz Dani Garcia ilə söhbət zamanı Qvardiola, "Mançester Siti"dən nə vaxt ayrılacağını bildirməyib, lakin klub səviyyəsində başqa bir komandada çalışmayacağını vurğulayıb – nə Premyer Liqada, nə də başqa bir ölkədə.

“Mən başqa bir komandada işləmək fikrində deyiləm. Uzunmüddətli gələcəkdən danışmıram, amma etməyəcəyim bir şey var: “Mançester Siti”ni tərk edib, başqa ölkəyə gedərək eyni şeyi etmək. Mənim buna enerjim çatmazdı. Başqa bir yerdən başlamaq, bütün məşq prosesinə yenidən başlamaq – yox, yox, yox. Ola bilsin ki, milli komanda, amma bu, tamamilə fərqlidir”,- deyə o bildirib.


Mənbə: BBC SPORT

Tərcümə etdi: Müzəffər Quluzadə



Paylaş
Şərh əlavə et