
Altı qalibiyyətdən altı, liqanın zirvəsi və "dünyanın ən yaxşı qapıçılarından biri" başlanğıc heyətə qayıdan – “Liverpul” Çempionlar Liqasını qazanmaq üçün favoritdirmi?
Arne Slotun yetirmələri bu mövsüm Avropada xəyal qurdular və çərşənbə axşamı gecəsi “Jirona”ya qalib gələrək, pley-off mərhələsini qaçırdılar və Çempionlar Liqasının son 16-na vəsiqəni təmin etdilər. Keçmiş “Mançester Yunayted” müdafiəçisi Rio Ferdinand düşünür ki, “Liverpul” “gülünc” sürətə malikdir və “forma baxımından” favorit olmalıdır.
TNT Sports-a danışan Ferdinand, qırmızıların böyük uğur qazanmaq üçün bütün potensiala sahib olduqlarını söyləyib, lakin hər şeyin "aprel ayında çox fərqli ola biləcəyini" vurğulayıb. O belə deyib:
"Forma baxımından onlar hazırda favorit olmalıdır, lakin kubok indi verilmir. İndiyə qədər mükəmməl performans göstəriblər. Virgil van Dijk və Salah kimi oyunçuları indi son iki oyunda istirahət etdirmək imkanı var. Komanda əvvəllər bütün cəbhələrdə mübarizə aparırdı və bu, enerjilərini tükəndirirdi. Oyunçuları mümkün qədər təzə saxlamaq çox vacibdir".
“Liverpul”un keçmiş müdafiəçisi Stiven Uornok BBC Radio 5 Live-da əlavə edib:
"Deyə bilərik ki, “Liverpul” bu mövsüm həm Premyer Liqada, həm də Çempionlar Liqasında hər kəs üçün çox çətin rəqib olacaq".
Mənbə: BBC SPORT
Tərcümə etdi: Müzəffər Quluzadə
